AZ

Sülhün nə vaxt olacağına Tramp qərar verə bilməz -

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ senatoru Lindsi Qremin Ukrayna münaqişəsində sülh masasına çağırışına sərt reaksiya verib.Metbuat.az xəbər verir ki, Medvedev "X" sosial media platformasında bildirib ki, sülh masasına nə vaxt oturulacağına ABŞ və ya prezident Donald Tramp qərar verə bilməz. “Danışıqlar hərbi əməliyyatımızın bütün məqsədləri yerinə yetirildikdə mümkün olacaq. Əvvəlcə Amerikaya diqqət yetirin”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Qremin Rusiyada Trampın Ukrayna münaqişəsinin sonlandırılmasına ciddi yanaşmadığını iddia edərək “Tezliklə Co Bayden artıq prezident olmayacaq. Sülh masasına gəlin” demişdi. Medvedev isə bundan əvvəl Trampın təzyiqlərini ultimatum adlandıraraq, bunun müharibə riskini artırdığını bildirmişdi.

Seçilən
0
metbuat.az

1Mənbələr