Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək.
Belə ki, bu tarixdə XXI əsrin ən uzunmüddətli tam Günəş tutulması müşahidə olunacaq. Astronomların bildirdiyinə görə, Ay Günəşi 6 dəqiqə 22 saniyə tam örtəcək.
Bu zaman göy cismi 11 ölkənin üzərindən keçərək və təxminən 258 kilometr enində dar bir yolda görünəcək. Astronomlar bu hadisənin “dünyanın 6 dəqiqə qaralacağı” kimi şərh edirlər. Mütəxəssislər daha yüz il belə bir hadisənin təkrar olunmayacağı ilə bağlı fikirlər irəli sürürlər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında məşhur astroloq Səbuhi Rəhimli Günəş və Ay tutulmaları ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
O vurğulayıb ki, burada qeyri-adi bir şey yoxdur:
“Hər il dörd dəfə Günəş və Ay tutulması olur. Sentyabr ayında da olacaq. Bu hadisələr demək olar ki, hər altı aydan bir təkrarlanır. Yəni altı ayda bir Ay tutulması, ardınca Günəş tutulması müşahidə edilir. Burada qeyri-adi bir şey yoxdur. Bəzən bir ildə altı dəfə ola bilər, amma minimum dörd dəfə baş verir. Tutulmalar müxtəlif formada - tam, qövsvari və ya adi olur. Bu, Ayın Yer ətrafında hərəkəti ilə bağlıdır.
Məsələn, 2021-ci ildə də belə bir tutulma baş verib, növbətisi isə 2040-cı illərdə olacaq. Ay Yer ətrafında, Yer isə Günəş ətrafında fırlanır. Tədricən Ay Günəşlə Yer arasına keçir və Yerə kölgə salır. Bu, Günəş tutulması adlanır. Bir neçə dəqiqə Ay Yerə kölgə salır. Bundan 15 gün sonra Yer Ayla Günəşin arasına keçir və bu zaman Aya kölgə düşür. Buna Ay tutulması deyilir. Ay tutulması və Ayın bədirlənməsi olur. Türklər buna "dolunay" deyir, yəni “dolu ay”". Astroloq deyib ki, bu proseslər sadəcə astronomik hadisələrdir və insanlara birbaşa təsiri yoxdur:Sadəcə olaraq onu insanlara fərqli bir şey kimi çatdırırlar”.
Səbuhi Rəhimli qeyd edib ki, Ayın bədirlənməsi bəzi insanlarda emosional gərginlik yarada bilər:
“Ayın bədirlənməsi, yəni yumru olması zamanı bəzən insanlarda emosional gərginlik yarana bilir. Maraqlıdır ki, statistik araşdırmalar bədirlənmə zamanı insanların davranışlarında müəyyən dəyişikliklər baş verdiyini göstərir ə. Məsələn, canavar hücumlarının və itlərin hürüşməsinin çox vaxt dolunayda artdığı müşahidə olunub. ABŞ-də bir Polis Akademiyasının illərlə apardığı araşdırma nəticəsində məlum olub ki, dolunayın təsir etdiyi iki gündə baş verən cinayətlərin sayı ayın digər günlərindəki ümumi cinayət sayından daha çox olur. Bu da göstərir ki, bəzi insanlar həmin günlərdə daha aqressiv olur.
Ayın bədirlənməsi dəniz və okean sularında qabarmalara, çaydaşmalarına səbəb olur. Yəni bu tip təsirlər mövcuddur. Amma Günəş və Ay tutulması, böyük tutulmalar 30 ildən artıq müddətdə olur. Bunların insan həyatına bilavasitə təsiri elmi olaraq sübut edilməyib. Ona görə də mən hər şeyi ona kökləməyə, insanların fikrini çaşdırmağı qəbul etmirəm.
Astrologiyada bütün planetlərin müəyyən təsiri nəzərə alınır. Ay, hərçənd ki, planet deyil, amma onun belə bir təsiri varsa, digər planetlərin də müəyyən rolu ola bilər. Sadəcə insanlar elm öyrənmək əvəzinə tez-tez panikaya və illuziya xarakterli məlumatlara meyillənirlər. Hər şeyin tutulmalarla əlaqələndirilməsi isə yanlışdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.