AZ

Bir ovuc bəs edir Şəkəri və təzyiqi tənzimləyir

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bədəndə yığılan artıq çəkidən qurtulmaq istəyənlər üçün təbii arıqlama üsulları gündən-günə daha da populyarlaşır. Bu üsullardan biri də həm dadı, həm də sağlamlıq baxımından saysız faydaları olan moruqdur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, moruq tərkibindəki vitamin və minerallar sayəsində metabolizmanı sürətləndirir və yağ yandırmanı artırır. Bəs moruğun faydaları nələrdir?

Tərkibi ilə sağlamlığa faydaları

Moruq fol turşusu, A vitamini, B6 vitamini, B1 vitamini, B2 vitamini, C vitamini və E vitamini kimi bir çox vacib qida maddəsi ilə zəngindir. Eyni zamanda kalium, protein, lif, natrium, dəmir və maqnezium kimi mineralları da ehtiva edir.

Moruq bədəndə yığılan toksinlərin atılmasına kömək edərək qanı təmizləyir. Bundan əlavə, badamcıq və göz iltihablarına qarşı faydalıdır. Hətta istilik salıcı xüsusiyyəti sayəsində qızdırmalı xəstəliklər zamanı tövsiyə olunur.

Arıqlamağı sürətləndirən meyvə

Moruqun çəki itkisində təsirli olması onu pəhriz zamanı əvəzsiz köməkçiyə çevirir. Moruq bədəndə qlükoza və yağ turşularını balanslaşdıraraq metabolizmanı sürətləndirir. Həmçinin adiponektin hormonunu tənzimləyərək yağ yandırmanı artırır.

Qırmızı meyvələr arasında ən güclü yağ yandırıcı təsirə sahib olanlardan biri moruqdur. Xarici tədqiqatlar da göstərir ki, moruğun tərkibindəki fermentlər inanılmaz yağ yandırıcı xüsusiyyətlərə malikdir.

Moruq dəri üçün də faydalıdır

Moruq yalnız arıqlamaq üçün deyil, dəri baxımında da mükəmməl nəticələr verir. Moruqla hazırlanan üz maskaları, dərini dartır və sərinləşdirici təsir göstərir.

Bir qədər moruq əzilib püreyə çevrildikdən sonra dəridəki sərbəst radikalları təmizləyir və dərinin yenilənməsinə yardım edir. Bu təbii maska qocalma əlamətlərini gecikdirir və dərinin daha canlı görünməsini təmin edir.

Moruqla sağlam və sürətli arıqlama

Moruq tərkibindəki fermentlər, vitaminlər və minerallarla təbii arıqlama prosesini sürətləndirən bir meyvədir. Metabolizmanı sürətləndirərək yağ yandırmanı artırmaqla yanaşı, dəriyə də fayda verir.

Sağlam şəkildə çəki itirmək istəyirsinizsə, moruğu pəhrizinizə daxil edərək həm sağlamlığınızı qoruya, həm də estetik görünüş əldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr