Rumıniya Daxili İşlər Nazirliyi ölkənin Ukraynada hərbi əməliyyatlara qoşulacağı ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təkzib edib.
Operativ Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, sosial şəbəkələrdə yayılan və guya Baş nazir İon Bolojanu tərəfindən 2025-ci ilin sentyabrında Rumıniyanın Ukraynada döyüşlərə başlayacağını elan edən videoklip saxta və montaj edilmiş materialdır.
“Bu görüntülər ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan dezinformasiyadır”, – deyə qurumun açıqlamasında bildirilir.
Rumıniya hökuməti vətəndaşları yalnız rəsmi mənbələrdən yayılan informasiyalara inanmağa çağırıb və belə dezinformasiyaların yayılmasında əli olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.