Liviyanın Tobruk şəhərinin sahillərində bir gəminin qəzaya uğraması nəticəsində 18 miqrant həyatını itirib, 50 nəfər isə itkin düşüb.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
“Liviya qaçqın və miqrantlar üçün əsas tranzit nöqtəsi olmaqda davam edir. Miqrantlar istismar, zorakılıq və təhlükəli macəralarla üzləşirlər” - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviya Avropaya getmək istəyən miqrantlar üçün əsas tranzit bölgələrdən birinə çevrilib.