AZ

"İnter" "Atalanta"ya yeni təklif GÖNDƏRDİ

"İnter" "Atalanta"nın futbolçusu Ademola Lukman üçün yeni təklif göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
 

Milan təmsilçisi nigeriyalı hücumçu üçün 40 milyon avro və əlavə olaraq 5 milyon avro bonus təklif edib. Lakin Berqamo təmsilçisinin oyunçusu üçün daha yüksək məbləğ tələb etdiyi bildirilir.


Qeyd olunur ki, hazırda klublar arasında heç bir razılıq əldə olunmayıb.

Daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, "İnter" Ademola Lukman üçün 40 milyon avroluq təklif göndərmişdi. Lakin "Atalanta"nı bu məbləğ qane etməyib.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr