AZ

Stiv Cobsun qızının dəbdəbəli toyunun təfərrüatları açıqlandı

The New York Times (NYT) jurnalistləri Amerikanın Apple şirkətinin qurucusu Stiv Cobsun qızı, model Eve Cobsun dəbdəbəli toyunun təfərrüatlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, müvafiq material nəşrin saytında dərc olunub.

27 yaşlı modelin 26 yaşlı atçılıq və olimpiya çempionu Harri Çarlzla evləndiyi məlum olub. Mərasim şənbə günü, iyulun 26-da İngiltərənin Oksfordşir qraflığındaki Qreyt Tyu kəndində baş tutub. 

Mərasimdən sonra yeni evlənənlər britaniyalı müğənni və bəstəkar Elton Conun çıxış etdiyi Estelle Manor Hotel and Country Club-da ziyafətə gediblər. Qonaq siyahısına ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris, Bill Qeytsin qızları Cennifer və Fibi, həmçinin xizək üzrə Olimpiya çempionu Eylin Qu və aktyor Kallum Törner daxil olub. 

Harris Stenli Qattinin yaxın dostu tərəfindən təşkil edildiyi iddia olunan toyun dəyəri təxminən 6,7 milyon dollardır. Bundan əlavə, məşhurlar digər xərclər üçün 1,3 milyon dollar ödəməli olublar. Bununla belə, tədbir və toy təşkilatçısı Cessi Vestvudun qeyd etdiyi kimi, ziyafət və mərasimin dəyəri xeyli yüksək olub.

Seçilən
12
1
far.az

2Mənbələr