"Sumqayıt" futbolçusu Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.
Day.Az xəbər verir ki, klubdan Trend-ə verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, S.Abdullazadə "Sumqayıt" futbol akademiyasının yetirməsidir.