AZ

Yerin ən qədim səhrasında böcəklər haqqında paradoksal kəşf ediblər

Temperaturun ölümcül səviyyəyə çatması ilə erkək Namib böcəkləri günəşdən aldıqları istilik miqdarını azaltmağın yollarını tapmalıdırlar.

QHT.az xəbər verir ki, Namib səhrasında sağ qalmaq uğrunda mübarizə gedir. Belə ki, erkək Namib səhra böcəkləri (Onymacris plana) Afrikanın cənub-qərbindəki Namib səhrasında yemək və yoldaş axtarışında qum təpələrində hərəkət edir, bəzən kölgədə dayanırlar. Havanın 50°C-yə çatdığı şəraitdə bu uça bilməyən böcəklər uzun ayaqları sayəsində bədənlərini yerdən 15 mm yuxarıda saxlayaraq saniyədə 1 metr sürətlə hərəkət edirlər.

Ölümcül bədən temperaturu 51°C olan böcəklərin istilikdən qorunma yolları üzərində tədqiqat aparılıb. Əvvəlki araşdırmalar onların kölgədə dayanmaqla və ya qaçmaqla fərqli dərəcədə soyumadıqlarını göstərsə də, Gobabeb Namib Tədqiqat İnstitutunun alimləri yeni eksperimentlə fərqli nəticələr əldə edib.

Tədqiqatçılar canlı və ölü böcəklərin bədənlərinə temperatur sensorları yerləşdirib, onları səhraya buraxaraq bədən temperaturlarını müqayisə ediblər. Nəticədə, qaçan canlı böcəklərin bədənlərinin, hərəkətsiz qalanlara nisbətən daha aşağı temperaturda olduğu müəyyən olunub. Bu, onların hərəkət edərkən faktiki olaraq soyuduqlarını göstərir.

 

 

 

R.İmanov

 

Seçilən
2
qht.az

1Mənbələr