Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətindən danışıb.
KONKRET.az xəbər verir ki, Erməni KİV-lərinin yaydığı məlumata görə, prezident bildirib ki, 43 kilometrlik Sünik yolunun açılması ölkə üçün böyük imkanlar yaradacaq:
“Əgər Sünikin 43 kilometrlik hissəsini açsaq, bu, böyük imkanlar yaradacaq. Artıq bu bölgə — sülhün kəsişmə nöqtəsi — beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Biz sadəcə mövcud reallığı nümayiş etdiririk. Məqsədimiz sülh sazişinin tezliklə imzalanmasıdır”, – deyə Xaçaturyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az