Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı cavab matçından öncə "Şelburn"un baş məşqçisi Coy O'Brayen mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssis sabah saat 20:00-da start götürəcək oyun barədə bu sözləri deyib:
"Biz sabahkı oyuna normal bir matç kimi çıxacağıq. Heç bir fərq olmayacaq. Eyni inancla meydanda olacağıq. Demək istədiyim budur ki, oyun bizim əleyhimizə olmasın və məğlub olmayaq. Biz başqa komandalara da qarşı oynamışıq, daha çox azarkeşlər önünə çıxmışıq. Azarkeşlər bizi qorxutmur. Biz buna öyrəşmişik".
Jurnalistlər önünə çıxan "Şelburn" futbolçusu Conatan Lunney Ağdam təmsilçisini analiz etdiklərini qeyd edib:
"Qarabağ"ı araşdırmışdıq. Məlumatlarımız var idi. Sabahkı oyundan yalnız qələbə gözləyirik".