ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şelburn" "Qarabağ"a qarşı səfər matçında məğlub olmaq istəmir.
Fanat.Az xəbər verir ki, bunu "Şelburn"un (İrlandiya) baş məşqçisi Coy O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis Bakıdakı qarşılaşmadan qalib ayrılmaq istədiklərini bildirib:
"Sabahkı qarşılaşmaya normal qaydada çıxacağıq. Komandamıza inanıram. Oyundan zövq almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyirimizə olsun. Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır".
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.