BAKI, 29 iyul. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Türkiyəyə səfəri başlayıb.
Teleqraf-ın xəbərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tokayevi Prezident Külliyəsində keçirilən rəsmi mərasimlə qarşılayıb.
Qarşılanma mərasimindən sonra prezidentlər arasında təkbətək görüş başlayıb. Görüşdən sonra Türkiyə-Qazaxıstan Strateji Əməkdaşlıq Şurasının Beşinci İclası keçiriləcək.
Səfər zamanı bir sıra müqavilələrin imzalanması gözlənilir.