Xəbər verdiyimiz kimi, son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə etdiyi çağırışda bildirilib.
Məlumata görə, son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtoqəzaların sayının artmasının səbəbi nədir?
Mövzu ilə əlaqədar “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtoqəzaların sayı artır, bu isə narahatlıq yaradan məqamdır:
“Son zamanlar ölkəmizdə ölüm və xəsarətlə nəticələnən ağır qəzaların sayında artım müşahidə olunur. Məsələn, bu yaxınlarda Laçında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb. Bu təbii ki, narahatlıq doğuran məqamdır.
Lakin ümumi rəsmi statistik göstəricilərə baxanda əvvəlki illərlə müqayisədə qəzaların sayı nisbətən azalıb. Bütün hallarda hər bir qəza bizi narahat edir, insanlar ölür, xəsarət alır, maddi zərərlə üzləşir. Məhz qayda pozuntuları, məsuliyyətsizlik qəzaları qaçınılmaz edir”.
Onun sözlərinə görə, yolların yaxşı işıqlandırılmaması və digər problemlər təhlükə yaradır, qurumlar buna ciddi yanaşmalıdır:
“Bu gün küçə və yolların kifayət qədər işıqlandırılmaması çox ciddi problemdi, istərdim ki, cənab Prezidentin bunla bağlı tapşırığına qrumlar ciddi yanaşsın, çünki bu sahədə işlər çox ləng gedir”.
Ekspert qeyd edib ki, qəzalar sürücülərin qaydalara riayət etməməsi və məsuliyyətsiz hərəkətləri nəticəsində də baş verir:
“Qəzaların baş verməsi sürücülərdən də çox aslıdır. Bəzi sürücülər qaydaları pozur, kameranın olmadığı yerlərdə müxtəlif təhlükəli hərəkətlər edirlər, qarşı yola çıxırlar, bu da qəzalara səbəb olur.