AZ

Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıqziyarətçi qəbul edib.

Trend xəbərverir ki, azad edilmiş ərazilərə səfər edən yarım milyon insanarasında yerli sakinlər və Vətənə qayıdan ailələrlə yanaşı,müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar,mədəniyyət və media nümayəndələri, eləcə də, digər xarici qonaqlaryer alıb.

Qeyd edək ki, bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz,müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarətüçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarınıaraşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərinartıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgəningələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyükolduğunu və reallaşdırılmağa başladığını göstərir.

İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının,sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır.Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiyamühiti regiona daxili və xarici investorların marağını artırır ki,bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahınyüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı dabölgə iqtisadiyyatına ciddi təkan verir.

Seçilən
4
4
az.trend.az

5Mənbələr