AZ

Azərbaycanlı yazıçının kitabı Türkiyədə nəşr olunub

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanlı gənc nasir, Yazıçılar Birliyinin üzvü İlahə Səfərzadənin "Naməlum məktub" romanı Türkiyədə çapdan çıxıb.

"Liz Yayınları" əsəri "Kölgələr arasında" adı ilə nəşr edib.

Bununla bağlı Bizimyol.info saytına danışan yazıçı İlahə Səfərzadə ad dəyişikliyinin səbəbini belə izah edib: "Kitab Türkiyədə çapa hazırlanarkən proloqun və epiloqun çıxarılmasını özüm istədim. Nəşriyyatdan isə dedilər ki, məktub haqqında əsas söhbət proloqda getdiyi üçün o hissələri çıxaranda ad tam uyğun olmur. Elə oldu, yeni ad tapdıq. Azərbaycanda da kitab ikinci dəfə nəşr olunacaq. Düşünürəm ki, onda kitabın içində bu adını da yazım".

Bundan əvvəl İlahə Səfərzadənin Türkiyədə üç hekayəsi çap olunmuş və bu əsərləri türk oxucuları maraqla qarşılamışdı. İlahə Səfərzadənin "Gerçəyin izində" və başqa əsərləri də Azərbaycan oxucularına yaxşı məlumdur. Yazıçının son illərdə yazdığı esselər də ayrıca böyük marağa səbəb olub"

S.Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
bizimyol.info

1Mənbələr