AZ

“Sassuolo” İsmael Koneni icarəyə götürdü

“Sassuolo” 23 yaşlı kanadalı mərkəz yarımmüdafiəçisi İsmael Koneni Marsel “Olimpik”indən icarə əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Sassuolo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Keçid İtaliya klubuna 2,5 milyon avro məbləğ müqabilində başa gəlib.

İsmael Kone “Klöb de Fut Monreal”ın məzunudur. Futbolçu, karyerası ərzində “Uotford”, Marsel “Olimpik”i və “Renn”də (icarə) çıxış edib.

Geridə qalmış mövsümün ilk yarısında Kone “Olimpik” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib, mövsümün ikinci yarısında isə “Renn”də icarə əsasında 13 oyuna 2 qol və 1 məhsular ötürmə ilə fərqlənib.

İsmael Kone 2022-ci ilin mart ayında debüt etdiyi Kanada yığmasının heyətində 31 oyun keçirib, 3 qol vurub.

Kone futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı kanadalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr