Sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” “Şelburn”la qarşılaşacaq.
“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçi Cozef O’Brayan oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Yeri gəlmişkən, mətbuat konfransı nəzərdə tutulan vaxtdan 11 dəqiqə gec başlayıb.
- “Qarabağ”ı keçməyiniz üçün möcüzə olmalıdı. Möcüzəyə inanırsız?
- Sabah normal bir oyun olacaq.
- Artıq 20 min bilet satılıb. Azarkeş təzyiqinə dözə biləcəksiz?
- Təzyiq oyunun mahiyyətidi, buna alışmışıq, qorxmuruq.
- Nəyə ümid edirsiz?
- Həm baş məşqçinin, həm futbolçuların istəyi qələbə qazanmaqdı. Mərhələni keçmək də mümkündü.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta