AZ

Xaçaturyan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Sünik (Zəngəzur - red.) vasitəsilə kommunikasiyaların açılması Ermənistanın inkişafı üçün böyük imkanlar yaradacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qafanda keçirilən görüşü zamanı deyib.

“Sünik Ermənistanın inkişafının qapısına çevriləcək. Əgər biz Sünikin qapılarını (Zəngəzur dəhlizi - red.) aça bilsək, mən 43 km-lik yolun imkanlarını nəzərdə tuturam, o zaman əmin olun ki, gələcəkdə inkişaf baxımından böyük imkanlar yaranacaq”, - Xaçaturyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin “Dünyanın kəsişməsi” layihəsi beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qarşılanır:

“Bu, hamı üçün cəlbedicidir. Biz böyük bir kəşf etmədik, amma siz əlinizdə olanları masaya qoyanda və açılan imkanları obrazlı şəkildə təsəvvür edəndə bu 43 km və Sünikin nə qədər vacib olduğunu anlayırsınız”.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin məqsədi yaxın vaxtlarda Bakı ilə sülh sazişi imzalamaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
yeniavaz.com

3Mənbələr