AZ

Rusiyada sağ sükanlı avtomobillərin qadağan olunacağı ilə bağlı məlumatlar təkzib edilib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkədə sağ sükanlı avtomobillərin alınması, satılması və istismarı ilə bağlı qadağa tətbiq olunacağına dair yayılan məlumatları rəsmi şəkildə təkzib edib.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə yayılan, guya belə bir qadağanın qüvvəyə minəcəyi ilə bağlı iddialar əsassız və dezinformasiya xarakterlidir.

DİN vətəndaşlara yalnız rəsmi mənbələrə əsaslanmağı tövsiyə edib və ictimaiyyətdə çaşqınlıq yaradan saxta məlumatların yayılmasının yolverilməz olduğunu vurğulayıb.

Seçilən
5
operativmedia.az

1Mənbələr