AZ

Millimiz Belçika və Avstriya ilı oyunlara hazırlaşır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə hazırlığı davam edir.

İdman.biz xəbər verir ki, komandamızın təlim-məşq toplanışı iyulun 15-də başlayıb.

Hazırlıq prosesi GİN-in Voleybol Mərkəzində keçirilir. Fərid Calalovun rəhbərlik etdiyi yığmamıza ümumilikdə 14 voleybolçu cəlb olunub.

Millimiz seçmə mərhələdə Belçika və Avstriya komandaları ilə qarşılaşacaq. Yığmamız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda Avstriya milliləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının təqviminə əsasən, bu mərhələnin ilk oyunları 2024-cü ilin avqust ayında keçirilib.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr