AZ

Tailand kambocalı hərbçiləri əsir götürdü

Tailandın quru qoşunları sərhəddə baş verən toqquşmadan sonra 18 Kamboca hərbçisini əsir götürüb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Tailand quru qoşunları komandanlığının rəsmi nümayəndəsi general-mayor Vintay Suvari məlumat verib.

"Quru qoşunlarının İkinci Hərbi Bölgəsi Sisaket əyalətində sərhəddə baş verən toqquşmadan sonra 18 Kamboca hərbçisinin əsir götürülməsi barədə məlumat yayıb. Yaralanan kambocalı hərbçilərə tibbi yardım göstərilir, məhbuslar Cenevrə Konvensiyasına tam uyğun olaraq saxlanılır", - general Suvari bildirib.

Generalın sözlərinə görə, Kamboca hərbçiləri Tailand ərazisini atəşə tutmaq üçün ağır silahlardan və minaatanlardan istifadə ediblər.

Seçilən
4
3
unikal.az

4Mənbələr