"Liverpul"un futbolçusu Luis Dias rəsmi olaraq “Bavariya” klubunun futbolçusu kimi təqdim olunacaq.
QOL.az "Sky Sport Germany" nəşrinə istinadən xəbər verir ki, təqdimat mərasimi 31 iyul, cümə axşamı günü Münhen klubunun mətbuat konfransı zamanı baş tutacaq.
Hazırda “Liverpul”un heyətində çıxış edən 27 yaşlı futbolçu həmin gün yeni komandası ilə ilk məşqinə çıxacaq. Həmçinin onun avqustun 2-si keçiriləcək “Lion”la yoxlama görüşündə “Bavariya”nın start heyətində meydana çıxacağı bildirilir.
Qeyd edək ki, daha öncə mediada yayılan məlumatlara əsasən, Almaniya nəhəngi Diası “Liverpul”dan 75 milyon avroya transfer edəcək. Hücumçunun “Bavariya” ilə müqaviləsi 4 illik olacaq.