AZ

Beş nəfər bıçaqlanıbVİDEO

Ağstafada 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Poylu kənd sakini 16 yaşlı Malik Hüseynlinin babası Malik Hüseynov bildirib ki, hadisə gecə saatlarında baş verib.

Xəstəxanaya çatdırılan yeniyetmə dərhal cərrahi əməliyyat edilib.

Məlumata görə, yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Şəmkirdə isə iki əmioğlu bıçaqlanıb. Hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

20 yaşlı Kazım Əliyev və onun əmisi oğlu 26 yaşlı Sübhan Əliyev bıçaq xəsarətləri alıblar. İddiaya görə, xəsarət alan şəxsləri mindikləri taksinin sürücüsü 41 yaşlı Ehtiram Hüseynov bıçaqlayıb.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar, onlara zəruri tibbi yardım göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Şəkidə isə 72 və 68 yaşlı şəxslər bıçaqlanıblar. Burada qonşular arasında mübahisə qanla bitib.

Hadisə dünən axşam saatlarında rayonun Şin kəndi ərazisində baş verib.

Qərib Nəcəfovun mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirdiyi bildirilir.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralananlardan 72 yaşlı Cəlil Məmmədovun vəziyyəti  orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
xezerxeber.az

1Mənbələr