AZ

La Liqa avqustun 17-də başlayacaq

İspaniya La Liqasında 2025/26 mövsümün təqvimi açıqlanıb. Yeni mövsüm avqustun 17-də start götürəcək.

Son çempion "Barselona" ilk turda "Malyorka"nın qonağı olacaq. Çempionluğa digər iddialı "Real" mövsümə Madriddə start verəcək. Xabi Alonsonun debütü "Osasuna" ilə oyuna təsadüf edəcək.

Mövsümün ilk “el klasiko”su 10-cu turda - oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-cü tur çərçivəsində, mayın 10-da baş tutacaq.

Seçilən
4
1
football-plus.az

8Mənbələr