AZ

Əməliyyat zamanı oyun oynadılar, xəstə öldü - Koloradoda

ABŞ-nin Kolorado ştatında 56 yaşlı Bart Rayter göz əməliyyatı zamanı dünyasını dəyişib. Hadisə "InSight" Cərrahiyyə Mərkəzində baş verib.

Ölkə.Az xəbər verir ki, "HealthExec" nəşrinin məlumatına görə, xəstə kataraktın götürülməsi üçün əməliyyata qəbul edilib. Lakin prosedur zamanı həkimlər 1970–80-ci illərə aid mahnılarla oynanan “musiqili bingo” oyununa o qədər aludə olublar ki, xəstənin vəziyyətinin pisləşməsini hiss etməyiblər. Nəticədə xəstənin həyati göstəriciləri aşağı düşüb və o, tənəffüs etməyi dayandırıb. Bu isə ürək dayanmasına səbəb olub.

Məlumata görə, əməliyyatı həyata keçirən cərrah Stark Conson və anestezioloq Maykl Urban prosedurlar zamanı tez-tez musiqi dinləyiblər. Hadisədən sonra Rayterin həyat yoldaşı məhkəməyə müraciət edib.

Conson günahı həmkarına ataraq, xəstənin monitorunu onun söndürdüyünü iddia edib. Hər iki həkim ittihamları rədd edib. İş sonda məhkəmədənkənar razılaşma ilə bağlanıb.

Seçilən
10
olke.az

1Mənbələr