"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a qarşı cavab oyunu üçün Xorvatiyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası artıq Split şəhərinə çatıb. Görüş 31 iyul Bakı vaxtı vaxtı ilə saat 22:15-də start götürəcək.
"Polyud" stadionunda oynanılacaq matçda "qartallar" yalnız olmayacaq. 15-20 arası azərbaycanlı azarkeş "Zirə"yə dəstək olmaq üçün klubdan bilet istəyib. Bunu klubun mətbuat katibi Elmar Abdullazadə saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki, Bakıda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.