Kevin Medinanın «Qarabağ»ın əsas heyətində yerini itirməsinin səbəbi məlum olub.
Kolumbiyalı müdafiəçi son aylarda stress yaşadığı üçün bu vəziyyətlə üzləşib.
Cənubi amerikalı legioner həyat yoldaşından ayrıldığından, bu hadisə onda sarsıntı yaradıb.
2022-ci ildən «köhlən atlar»ın formasını geyinən arxa xətt oyunçusu xanımı ilə əlaqəsini kəsəndən bəri fərqli həyat tərzi keçirir. Gündəlik yaşamı tamamilə dəyişib.
Qurban Qurbanov artıq bütün bunlardan xəbərdardır. Baş məşqçi «Tank» ləqəbli əcnəbinin üzləşdiyi durumdan çox narahatdır.
Və Medinanın özünə qəti xəbərdrlıq edib. Tapşırıb ki, şəxsi həyatına diqqət yetirsin.
SPORTİNFO.AZ