AZ

Litva Belarusla sərhədə qoşun yığır

BAKI, 29 iyul. TELEQRAF

Litva Belarusla sərhəddə hava hücumundan müdafiə taborunun bölmələrini yerləşdirəcək.

Teleqraf xəbər verir ki, bu barədəBaltikyanı respublikanın ordu komandanı, general RaymundasVaiksnoras deyib.

"Hazırda hava hücumundan müdafiə vasitələri ilə müşahidə gücləndirilib, müdafiə taborunun qarışıq üsullarla hədəfləri aşkar etməyə və lazım gəldikdə onları məhv etməyə qadir olan bölməsi yenidən sərhədə yerləşdirilib", - deyə o söyləyib.

Vaikşnorasəlavə edib ki, o, Belarusun hava məkanında dronları vurmaq istəyir.

Xatırladaq ki, iyulun 10-da səhər saatlarında Litvadakı NATO qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib. Buna səbəb Belarusdan sərhədə obyektin yaxınlaşması olub. Pilotsuz təyyarə qəzaya uğradıqdan sonra qırıcıların missiyası ləğv edilib.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr