AZ

Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin 40 nəfərdən ibarət deputatlar qrupu Avropa İttifaqını (Aİ) İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməyə və bu ölkə ilə Assosiasiya Sazişini dayandırmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentarilərin birgə bəyanatını əldə edən “Euronews” telekanalı məlumat yayıb.

Aİ-nin 14 ölkəsindən olan qanunvericilər Binyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətini, onların fikrincə, Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozan hərəkətlərə görə məsuliyyətə cəlb etməkdə israrlıdırlar. Bəyanatda birbaşa Aİ-nin İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməsi, həmçinin İsrailə Avropa bazarında imtiyazlar və bir sıra maliyyələşdirmə proqramlarına çıxış təmin edən ticarət sazişinin dayandırılması çağırışı yer alır. Xatırladaq ki, bu sənəd 2000-ci ildən qüvvədədir.

Avropalı deputatlar Qəzza zolağında baş verənlərə cavab olaraq sürətli və qəti addımların atılmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl - iyulun 28-də İspaniyanın “El Pais” qəzeti Avropa Komissiyasının İsraillə assosiasiya sazişini qismən dayandırmaq imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Müzakirə olunan addımlardan biri İsrailin “Horizon Europe” proqramından kənarlaşdırılması ola bilər.

Seçilən
2
6
report.az

7Mənbələr