UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Şelburn"u qəbul edəcək "Qarabağ" yeni transferlərindən birinin xidmətindən faydalana bilməyəcək.
Cinah müdafiəçisi Dani Bolt zədələndiyi üçün oyunu kənardan izləyəcək.
Onun adı matçın iştirak ərizəsinə salınmayacaq. Zədə səbəbindən bu rəqiblə İrlandiyadakı matçı buraxan Marko Yankoviçə gəlincə, onun da meydana çıxmaq ehtimalı çox azdır.
Qeyd edək ki, “Qarabağ” Dublindəki qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Tərəflərin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci görüşü saat 20:00-da start götürəcək. \\Fanat.Az