"İlk oyundan sonra rəqibin gücünü yaxşı bilirik".
İdman.biz xəbər verir ki, bunu "Şelburn"un futbolçusu Conatan Lunney UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
İrlandiya çempionunun üzvü Bakıdakı görüşün də onlar üçün asan olmayacağını etiraf edib: "Qarabağ"a qarşı oyunun çətin keçəcəyini bilirdik. Sabahkı oyunda da yaxşı hazırlaşmışıq və burada qələbə qazanmaq istəyirik. Futbolda hər şey mümkündür"
Qeyd edək ki, “Qarabağ”la “Şelburn” arasındakı cavab qarşılaşması start fiti Tofiq Bəhramov adına Respublika stadionunda sabah saat 20:00-da veriləcək.
İdman.biz