İngiltərənin “Çelsi” klubunun 25 yaşlı portuqal futbolçusu Joao Feliks bundan sonra “Əl-Nəsr”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Əl-Nəsr”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Səudiyyə Ərəbistanı klubuna 30 milyon avro məbləğ müqabilində başa gəlib.
Joao Feliks “Benfika”nın məzunudur. Futbolçu, karyersı ərzində Madrid “Atletiko”su, “Çelsi”, “Barselona” və “Milan”da (icarə) çıxış edib.
Feliks ötən mövsümün biinci yarısını “Çelsi” üçün 20 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə başa vurub, mövsümün ikinci yarısında isə “Milan” üçün icarə əsasında 21 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 45 oyun keçirib, 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Feliks Portuqaliya yığması ilə UEFA Millətlər Liqasını (2019, 2025) qazanıb.
Klub səviyyəsində Feliks “Benfika” ilə Portuqaliya çempionluğunu, Madrid “Atletiko”su ilə İspaniya çempionluğunu və “Çelsi” ilə Konfrans Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.