
Hərbi ekspert Viktor Litovkin hesab edir ki, yeni dəmir yolları və avtomagistrallar Avropa İttifaqı ölkələrinə Rusiya ilə birbaşa hərbi toqquşma halında kömək etməyəcək.
Olaylar xəbər verir ki,Viktor Litovkinbu fikrini "Gazeta.Ru" ilə bölüşüb.
"Əgər Avropa tərəfindən Rusiya ilə bağlı hər hansı aqressiya olarsa, Rusiya onlarla adi silahlarla müharibə aparmayacaq, nüvə silahından istifadə edəcək. Ona görə də yeni dəmir yolları heç bir fayda verməyəcək", - deyə Litovkin mövqeyini izah edib.
Daha əvvəl jurnalist Çey Bouz bildirmişdi ki, Böyük Britaniya hərbçiləri Ukraynaya göndərilərsə, darmadağın ediləcəklər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31