BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Aktyor Allahverdi Yolçuyevin corab satması sosial mediada minimum pensiya məbləğinin azlığı barədə müzakirə yaradıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
O, 336 manat pensiya aldığını, lakin bu məbləğin müalicəsi üçün yetərli olmadığını bildirib.
Sosial mediada bu mövzuya şərh yazanlar mədəniyyət nazirinin zəngiylə aktyorun probleminin həllini tapmasına sevinsələr də sual ediblə:
"Bəs, qalan pensiyaçılara, yəni, pensiyası 260-400 manat arası olanlara kim zəng edəcək?"
Kiçik bir hesablama aparan bir Facebook istifadəçisi yazır:
"300 manatı 30 günə bölsək, 10 manat edir. On manata yemək, paltar, işıq-qaz pulunu necə versin bu millət? Yazıq günümüzə. Toxun acdan nə xəbəri?"
"Bu, təkcə bir aktyorun deyil, minlərlə pensiyaçı və yaşlı insanın gerçək həyat dramıdır. Hazırda minimum pensiya 320 manat, ünvanlı sosial yardım isə təxminən 280 manatdır. Bu məbləğlə bir ayı keçirmək mümkün deyil. Təkcə kommunal xərclər, gündəlik ərzaq və digər əsas ehtiyaclar ən az 700-800 manata başa gəlir.
Ömrünü müəllimliyə, aktyorluğa, fəhləliyə və digər çətin peşələrə həsr etmiş insanlar, 40-50 il zəhmət çəkmiş mütəxəssislər bu gün cəmi 400-500 manat təqaüd alır. Onların arzusu prezident təqaüdü almaq deyil, sadəcə insan kimi normal yaşamaqdır", - bir sosial media istifadəçisi vəziyyəti izah edir.
"336 manat 58 qəpik pensiya! Qalib xalqın məğlub durumu!" - bunu isə başqa bir istifadəçi yazıb.
Aktyorun işlə təmin olunması xəbərinə sevinənlərlə yanaşı, bundan narazı qalan sosial media istifadəçiləri də var. Onlardan biri yazır:
"Yenə də hər şeyi kustar üsulla həll etdilər. 70 yaşlı insanı işlə təmin etmək əvəzinə, normal sosial təminat vermək lazımdır ki, qalan 3-5 il ömrünü yaxşı yaşaya bilsin. 70 yaşlı adam gündəlik 8 saat işləyəmi bilər?"
Bir sosial media istifadəçisinin isə təklifi var.
"Deputatlar və bu qərarları hazırlayan qurumların əməkdaşları bir ay 400-500 manatla yaşamağa məcbur qalsınlar. O zaman görəcəklər ki, bu məbləğlə normal həyat yaşamaq mümkünsüzdür".
"Bir milyon belə pensioner var. Hamısı da dərman alır, heç birinə o pensiya çatmır. Bu dövlət nə uşağa baxır, nə də qocaya. Qarğışdan qorxmayan məmur, heç olmasa, Allahdan qorxun! – deyə başqa bir sosial media istifadəçisi məmurların vicdanına xitab edib.
Video açılmasa, Youtube kanalımızda izləyin.