Ajans.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanı, general Raymundas Vaiksnoras deyib. "Hazırda hava hücumundan müdafiə vasitələri ilə müşahidə gücləndirilib, müdafiə taborunun qarışıq üsullarla hədəfləri aşkar etməyə və lazım gəldikdə onları məhv etməyə qadir olan bölməsi yenidən sərhədə yerləşdirilib", - deyə o söyləyib. Vaikşnoras əlavə edib ki, o, Belarusun hava məkanında dronları vurmaq istəyir.
Xatırladaq ki, iyulun 10-da səhər saatlarında Litvadakı NATO qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib. Buna səbəb Belarusdan sərhədə obyektin yaxınlaşması olub. Pilotsuz təyyarə qəzaya uğradıqdan sonra qırıcıların missiyası ləğv edilib.