AZ

İsrailə qarşı “soyqırım” ittihamı – Respublikaçılardan ilk sərt mövqe - ÖZƏL

ABŞ Konqresində respublikaçı konqresmen Marjori Teylor Qrin İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım adlandıran ilk partiyadaş oldu.

Olaylar xəbər verir ki,bu barədə Qrin X sosial şəbəkəsində yazıb.

"Söyləniləcək ən səmimi və sadə söz budur: 7 oktyabrda İsraildə baş verənlər dəhşətli idi və bütün girovlar azad olunmalıdır. Amma Qəzzada baş verən soyqırım, humanitar fəlakət və kütləvi aclıq da eyni dərəcədə dəhşətlidir", - deyə Qrin bildirib.

The New York Times qeyd edir ki, Qrin, İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyata bu cür yanaşma sərgiləyən ilk respublikaçıdır.

Daha əvvəl isə HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Hayə bəyan etmişdi ki, anklavın blokada şəraitində olması fonunda İsraillə atəşkəsə dair danışıqların davam etdirilməsi mənasızdır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr