AZ

"Vialon" şirkəti yaşayış olan evləri sökür - ŞİKAYƏT və RƏSMİ CAVABVİDEO

"Vətəndaşlar yaşaya-yaşaya evlərini sökürlər".

Xezerxeber.az-ın məlumatına görə, belə iddia ilə "Kubinka" kimi tanınan ərazinin sakinləri  çıxış  ediblər.

Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov ünvanının sakinlərinin sözlərinə görə, tikinti şirkəti heç bir rəsmi sənədə məhəl qoymadan gecə- gündüz məhəlləni sökməyə davam edir.

Sözgüden həyətdə 80-dən çox ailə yaşayır. Çəkiliş vaxta biz də tikniti şirkəti tərəfindən ikimərtəbəli evin söküldüyünün şahidi olduq.

Sakinlər tikinti şirkətinin söküntü işləri aparması ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər.

Səslənən iddialarla bağlı tikinti şirkəti ilə  əlaqə saxlamaq istəsək də suallarımıza  cavab verən tapılmadı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nəsimi rayonunda "Vialon" şirkətinə ayrılmış torpaq sahəsinə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yerində baxış keçirilib, sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib.

İşlərin vətəndaşlarla razılaşdırılmadan və qüvvədə olan qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilməsi ilə əlaqədar Baş İdarə tərəfindən "Vialon" şirkətinə xəbərdarlıq edilib və işlər dayandırılıb.

Qeyd olunub ki, daha əvvəl də həmin ərazidə eyni şirkət tərəfindən müvafiq icazə olmadan işlərin aparılmasına bir neçə dəfə cəhd edilib və bu halların qarşısı vaxtında alınıb.

“Məsələnin nəzarətdə saxlanılması və təkrar hüquqpozuntularının qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumlarına yenidən müvafiq məktublar ünvanlanıb”, - deyə məlumatda  qeyd  olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
6
xezerxeber.az

10Mənbələr