AZ

"Bavariya"nın müdafiəçisi Premyer Liqa klubunda - RƏSMİ

"Bavariya"nın futbolçusu Adam Aznu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Everton" mərakeşli sol cinah müdafiəçisini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Aznu üçün Almaniya klubuna 9 milyon avro təzminat ödəyəcək. 19 yaşlı oyunçu "Everton"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Bavariya" Adam Aznunu 2022-ci ilin yayında "Barselona"nın akademiyasından heyətinə qatıb. Mərakeş millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Valyadolid"in formasını geyinib.

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr