Almaniya, Fransa və Böyük Britaniya xarici işlər nazirlərinin (XİN) avqustun 7-də İsrailə səfər etmək imkanı nəzərdən keçirilir.
Bunu Almaniya Kansleri Fridrix Merts bildirib.
"Biz, ehtimal ki, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərindən avqustun 7-də birlikdə İsrailə getmələrini və üç hökumətin mövqeyini təqdim etmələrini xahiş edəcəyik", - F.Merts Berlində İordaniya kralı II Abdullah ilə birgə mətbuat konfransında bildirib.
XİN başçılarının İsrailə səfəri Qəzza zolağında ağır humanitar böhranla bağlıdır.
"Cebheinfo.az"