Səudiyyə Ərəbistanının qida texnologiyaları sahəsində fəaliyyət göstərən "Calo" startup-ı B mərhələli investisiya raundunda 64 milyon ABŞ dolları cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkət bu vəsaitlə qlobal genişlənmə, pərakəndə satış üçün dondurulmuş və uzunömürlü məhsulların buraxılması, eləcə də öz logistika şəbəkəsinin qurulması üzərində işləyəcək.
İnvestorlar arasında "Nuwa Capital", "Saudi Technology Ventures" və "AlJazira Capital" yer alır.
“Calo” bu ilin əvvəlində Böyük Britaniya bazarına daxil olaraq "Fresh Fitness Food" və "Detox Kitchen" şirkətlərini satın alıb. Şirkət artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Oman və Böyük Britaniyada fəaliyyət göstərir.
Şirkət 2027-ci ildə birja siyahısına (IPO) daxil olmağı planlaşdırır.
Ekspertlər bildirirlər ki, qida texnologiyası sahəsində uğurlu IPO üçün dayanıqlı biznes modeli və uzunmüddətli istifadəçi bazası əsas şərtdir. “Calo”nun da gələcək uğuru bu göstəricilərdən asılı olacaq.
Sərvanə Rəmixanova