AZ

Arvadını öldürüb könüllü polisə təslim olduVİDEO

Abşeronda 23 yaşlı qadın qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, Aşağı Güzdək qəsəbəsində qadının əri tərəfindən boğularaq öldürüldüyü bildirilir.

Məlumata görə, Zaqatala rayon sakini 32 yaşlı Məhəmməd Daşdəmirov gecə saatlarında evdə arvadı 23 yaşlı Günay Rövşən qızı Daşdəmirovanı öldürüb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qadın Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda yenicə işə düzəlibmiş.

Qonşular bildiriblər ki, ailədə bu günə qədər hər hansı mübahisənin şahidi olmayıblar. Cütlüyün iki azyaşlı övladı var.

Hadisəni törətdikdən sonra Məhəmməd Daşdəmirov doğulduğu Zaqatala rayonuna gedərək könüllü polisə təslim olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


 

 

Seçilən
23
xezerxeber.az

1Mənbələr