AZ

Liviya sahillərində gəminin batması nəticəsində azı 18 miqrant ölüb

Liviya

Liviyanın şərqindəki Tobruk şəhəri sahillərində gəminin batması nəticəsində azı 18 miqrant ölüb, 50-si itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Libya al-Ahrar” telekanalı məlumat yayıb.

Məlumata görə, 10 nəfər sağ qalıb.

Qeyd edək ki, Liviya ərazisi Afrikadan Avropa ölkələrinə çatmaq istəyən qaçqınlar üçün ən böyük tranzit məntəqəsidir. Hər il onminlərlə insan Avropaya çatmaq üçün bu Şimali Afrika ölkəsi vasitəsilə Aralıq dənizini keçməyə çalışır, yüzlərlə insan gəmi qəzaları nəticəsində ölür.

Seçilən
25
2
xalqcebhesi.az

3Mənbələr