AZ

Yevlaxda baş verən ağır qəzanın təfərrüatları məlum olub - YENİLƏNİB

Yevlaxda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, "Mercedes" markalı minik maşınını Anagül Həşimova idarə edirmiş, xəsarət alan azyaşlı isə onun beş yaşlı oğlu Nurhan Məmmədli olub.

O, Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.




***
19:20

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
apa.az

2Mənbələr