Dünən Yunanıstanın paytaxtı Afinada güləş üzrə U-17 dünya çempionatına start verilib.
İdman.biz xəbər verir ki, yunan-Roma güləşində ilk medalçılar bəlli olub.
Azərbaycan millisinin iki üzvü bürünc medal uğrunda mübarizə aparıb.
Yunan-Roma güləşi
55 kq
Nihat Bəhmənov üçüncü yer uğrunda tacikistanlı Mehdi Barotovla güləşib. 5:8 hesabı ilə uduzan güləşçimiz çempionatı medalsız başa vurub.
80 kq
Nicat Yeylaqaliyev bürünc medal uğrunda türkiyəli İsmayıl Bərəkətlə qarşılaşıb. O da medal qazanmaq şansı əldən verib. Görüş rəqib idmançının 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, mundial avqustun 3-dək davam edəcək.
İdman.biz