AZ

“İsrail Qəzzadakı vəziyyətə son qoymasa, Britaniya Fələstini tanıya bilər” Baş nazir

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əgər İsrail Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olmağa və anklavda hərbi əməliyyat keçirməyə davam edərsə, Britaniya BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanıyacaq”.

Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın Baş naziri Kiy Starmerin ofisi məlumat yayıb.

“Biz İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin mümkünlüyünü müdafiə etməkdə qərarlıyıq. Buna görə də, İsrail hökuməti Qəzzada ağır vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa və uzunmüddətli və davamlı sülhə, o cümlədən BMT-yə Qəzza bölgəsində humanitar yardımın bərpa edilməsinə icazə verməsə, sentyabrda BMT Baş Assambleyası başlamadan Fələstin dövlətini tanıyacağıq”, - bəyanatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr