AZ

Hərbi attaşe: Azərbaycan və Çin arasında hərbi sahədə əməkdaşlığın inkişafı davam etdiriləcək FOTO

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın uğurlu inkişafı davam etdiriləcək. İnanıram ki, mövcud tərəfdaşlıq əlaqələrimiz daha da yeni mərhələyə yüksələcək".

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun bu gün Çin Silahlı Qüvvələrinin yaranmasının 98-ci, ölkənin Yaponiyanın işğalından xilasının 80-ci ildönümünə həsr olunmuş mərasimdə söyləyib.

Onun sözlərinə görə, diplomatik sahədə mövcud münasibətlərlə yanaşı, hərbi-texniki sferadakı əməkdaşlıqda da mühüm uğurlar əldə edilib və bu tərəfdaşlıq ötən müddətdə daha da güclənib:

Hərbi attaşe söyləyib ki, ötən dövr ərzində bir sıra ortaq layhələr həyata keçirilib:

"Bu layihələrə hərbi-texniki mübadilə və digər effektiv tədbirlərin təşkili daxildir. Mən xüsusilə hərbi təhsil sahəsində mövcud olan ikitərəfli əməkdaşlığı qeyd etmək istəyirəm. Bu sayədə hərbi kadrların hazırlanmasında mühüm uğurlar əldə edilib. Nəticədə nəinki hərbçilərin ixtisasının təkmilləşdirilməsi, o cümlədən qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsində geniş nailiyyətlərə çatmışıq".

Sun Çjun ölkələrimizin rəhbərləri arasındakı qarşılıqlı anlaşma və etimadın müdafiə sahəsindəki əməkdaşlığa verəcəyi töhfələri xüsusi qeyd edib:

"Hərbi attaşe olaraq əminəm ki, bizim əməkdaşlığımız dövlətlərimizin başçılarının göstərəcəyi birgə səylərlə daha geniş inkişaf yolunda addımlayacaq. Hərbi əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın vacib elementlərindən biridir. Ümid edirəm ki, Çin - Azərbaycan hərbi əməkdaşlığı gələcəkdə daha əhəmiyyətli nəticələrə yol açacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
apa.az

2Mənbələr