AZ

Goranboyda yük maşını atı vuraraq öldürdü

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhəri sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini,1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub. At hadisə yerində tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
16
4
unikal.az

5Mənbələr