AZ

BMT-dən Qəzzadakı aclıq böhranı ilə bağlı AÇIQLAMA

Qəzzaya sızan yardımlar selə çevrilməlidir.

Olaylar xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Quterreş bildirib ki, Qəzza hazırda aclığın astanasındadır.

Qəzzada fələstinlilərin misli görünməmiş bir humanitar fəlakət yaşadığını qeyd edən Quterreş bunun xəbərdarlıq yox, bütün dünyanın gözü qarşısında baş verən bir reallıq olduğunu vurğulayıb:

"Qəzzaya sızan yardım indi sel kimi axmalıdır. Qida, su, dərman və yanacaq Qəzzaya fasiləsiz və maneəsiz çatmalıdır. Bu, bizim ümumi insanlığımızın sınağıdır və uğursuzluğa düçar ola bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
9
olaylar.az

10Mənbələr