AZ

Böyük Britaniya Qəzzadakı vəziyyətlə bağlı İsrailə ultimatum verdi

Böyük Britaniya hakimiyyəti bu payız İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmadığı təqdirdə Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinə istinadla məlumat yayıb.

“Əgər İsrail hökuməti Qəzzada baş verən dəhşətli vəziyyətin dayandırılması üçün ciddi addımlar atmasa, biz sentyabr ayında BMT Baş Assambleyasından əvvəl Fələstin Dövlətini tanıyacağıq”, — deyə açıqlamada bildirilir.

Bundan əlavə, London İsraili Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmamağa və İordan çayının qərb sahilindəki ərazilərin ilhaqından imtina etməyə çağırır.

Seçilən
10
3
nocomment.az

6Mənbələr